Qəfildən bir gecə qapın döyülə
Qəfildən bir gecə qapın döyülə
Deyələr, tez oyan , qonağın gəlib
Oyanıb qaçasan qapıya sarı
Görəsən, ən yaxın uzağın gəlib
Görəsən İlahi heç dəyişməyib
Görəsən baxışlar həmin baxışdır
Silə göz yaşını öz əllərilə
Deyə ki özünü bəsdir yığışdır.
Deyəsən buraxma bir də əlimi
Yadına salasan ötən günləri.
Deyəsən bir daha heç yerə getmə.
Göynəyir canımın sən gedən yeri.
Şəhriyar Heydərov







