Məni sakitləşdirən tək şey dənizdir…
Məni sakitləşdirən tək şey dənizdir…
Çünki o danışmaz, amma hər dalğasında bir təsəlli var…
O baxmaz, amma baxışıyla ruhumu oxşayır…
Dəniz nə yalan deyər, nə də incidir — sadəcə varlığı ilə anlayar insanı.
Qışqıra-qışqıra susar içimdəki fırtınalara, dalğalanaraq dərdlərimi aparar uzaqlara.
Bir tək o bilir mənim sükutumun içində nə qədər söz gizlədiyimi…
Bəzən otururam sahilində, nə danışmaq gəlir içimdən, nə də izah etmək kimsəyə.
Çünki mənə lazım olan tək şey, bir az sükut və dənizin qəlbimə toxunan səssizliyi…
Ona görə də…
Məni sakitləşdirən tək şey dənizdir… çünki o da mənim kimi içində çox şey saxlayır, amma heç nə demir…🩶







