HASANLY

HASANLY Xəbərlər 18-07-2025, 12:34

Əli Əsədov iki milli parkın yaradılması ilə bağlı sərəncamın icrası üçün tapşırıq verib

Əli Əsədov iki milli parkın yaradılması ilə bağlı sərəncamın icrası üçün tapşırıq verib

Nazirlər Kabineti Prezidentin "Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında" sərəncamının icrasını təmin etmək məqsədilə müvafiq qurumlara tapşırıq verib.

Loading.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Belə ki, Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Qərarla mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 14 iyul 2025-ci il tarixli sərəncamı ilə Azərbaycanda daha iki yeni milli park - Axar-Baxar və İlisu milli parkları yaradılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
136 166 161 175 137 140

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.