HASANLY

HASANLY Xəbərlər 18-07-2025, 12:37

Avropa İttifaqının səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar

Avropa İttifaqının səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar.

Loading.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Yeni sanksiyalar paketi fiziki və hüquqi şəxslərin siyahısının genişləndirilməsini, Rusiya neftini daşıyan tankerlərə və bir sıra banklara qarşı məhdudiyyətləri, həmçinin ikili təyinatlı mal və texnologiyalara qarşı yeni ixrac məhdudiyyətlərini nəzərdə tutur.

Aİ-nin 18-ci paketinə "Şimal axını"na qarşı sanksiyalar və neftin qiymətinin son həddinə məhdudiyyətlər, "Rosneft"in Hindistandakı neft emalı zavoduna qarşı restriksiyalar daxildir. Aİ, həmçinin Rusiyaya dəstək verən bir sıra Çin banklarına və Rusiya neftini daşıyan daha 105 tankerə qarşı sanksiyalar tətbiq edir.

Aİ Şurası yaxın saatlarda sanksiyalar paketini yazılı prosedurla təsdiq etməlidir, bundan sonra sanksiyalar qüvvəyə minəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
153 167 149 162 147 156

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.