HASANLY

HASANLY Xəbərlər 18-07-2025, 12:40

Hindistan iki ballistik raketi sınaqdan keçirib

Hindistan iki ballistik raketi sınaqdan keçirib

Hindistan "Prithvi-II" və "Agni-I" adlı iki qısamənzilli ballistik raketi uğurla sınaqdan keçirib.

Loading.Az-ın xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Sınaqlar Çandipurda (şərqi Odişa ştatı) poliqonda keçirilib. Raketlərin buraxılışı Strateji Qüvvələr Komandanlığının nəzarəti altında həyata keçirilib.

"Bütün texniki və istismar parametrləri təsdiqlənib", - deyə Hindistan hərbi qurumu vurğulayıb.

"Prithvi-II" və "Agni-I" Hindistanın strateji arsenalının bir hissəsidir və yüksək dəqiqlikli zərbələrin endirilməsi üçün nəzərdə tutulub. "Prithvi-II" yarım ilə bir tona qədər çəkisi olan döyüş başlığını daşıya bilir, onun uçuş məsafəsi 250-350 km təşkil edir. O, raketdən yayınma texnologiyaları ilə təchiz olunub və ən son hədəf yönləndirmə sistemindən istifadə edir. Onun mühərriki sovet zenit raketi "B-755"in ("S-75" kompleksi) mühərriki əsasında hazırlanıb.

"Agni" seriyalı ballistik raketlər Hindistan Müdafiə Nazirliyinin idarə olunan raketlərinin inkişafı üzrə kompleks proqramı çərçivəsində yaradılıb. Ölkədə dörd növ belə raket var. "Agni-I"in uçuş məsafəsi 700 km-ə çatır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
164 138 133 171 173 139

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.