HASANLY

HASANLY Xəbərlər 22-07-2025, 12:21

Donald Tramp İlham Əliyevin media forumundakı çıxışından paylaşım etdi

Donald Tramp İlham Əliyevin media forumundakı çıxışından paylaşım etdi

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin lll Şuşa Qlobal Media Forumundakı çıxışından paylaşım edib.

Paylaşılan videoda Prezident İlham Əliyevin Donald Trampla bağlı fikirləri yer alıb.

Azərbaycan Prezidenti forumda bildirib: "Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim ki, onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, "Vaşinqton bataqlığı"nı dibinə qədər qurutsun".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
168 174 187 158 175 180

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.