ice berg

ice berg Münasibətlər 24-07-2025, 16:00

Sevgini və münasibətləri qoruyan üç kiçik vərdiş – Psixoloq sirri AÇIQLADI

Sevgini və münasibətləri qoruyan üç kiçik vərdiş – Psixoloq sirri AÇIQLADI

Psixoloqlar bildirir ki, sevgi münasibətlərini güclü və davamlı saxlamaq üçün böyük jestlərə və ya bahalı sürprizlərə ehtiyac yoxdur.

 

Loading.aZ xarici mediaya istinadla xəbər verir ki, bəzən sadə və gündəlik üç xırda addım münasibətləri xilas edə bilər. Məhz bu "kiçik sirr"lər barədə bir çox mütəxəssis danışır.

 

1. Diqqətlə qulaq asmaq


Partnyorun nə dediyini həqiqətən dinləmək, onu başa düşmək üçün səy göstərmək münasibətlərin əsas təməlidir. Sadəcə eşitmək deyil, empati ilə qulaq asmaq münasibətdə qarşılıqlı hörməti və emosional bağlılığı artırır.

 

2. Gün ərzində kiçik sevgi jestləri

 

Sabahın xeyir mesajı, gözlənilməz öpüş, sevimli bir söz və ya sevdiyin insanın sevdiyi qəhvəni hazırlamaq gündəlik jestlər münasibətdə istilik və diqqət hissini gücləndirir. Bu sadə vərdişlər sevginin gündəlik hiss olunmasına səbəb olur.

 

3. Minnətdarlıq bildirmək

 

Hətta ən kiçik şeylər üçün də “təşəkkür edirəm” demək münasibətlərdə dəyər verilmə hissini artırır. Psixoloqlar qeyd edir ki, qarşı tərəfin səylərinin tanınması və qiymətləndirilməsi münasibətin uzunömürlülüyünü təmin edən əsas amillərdəndir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
197 206 210 204 157 193

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.