ice berg

ice berg Sağlamlıq 25-07-2025, 18:00

Səhər yeməyini buraxmaq depressiyaya səbəb olur

Səhər yeməyini buraxmaq depressiyaya səbəb olur

Psixoloq qeyd edir ki, əgər bir insan daim diqqətini cəmləməkdə çətinlik çəkirsə, əsəbi və ya narahat olursa, artıq qidalanma vərdişlərinə yenidən baxmağın vaxtıdır.

 

Loading.aZ bununla bağlı məlumatları təqdim edir:

 

Səhər yeməyini buraxmaq təkcə bədənə deyil, beynə də zərər verir

Səhər yeməyindən imtina etmək yalnız fiziki vəziyyətə deyil, zehni vəziyyətə də mənfi təsir edə bilər. Psixoloq Mark Trəvers “Forbes” üçün açıqlamasında bildirib ki, bir çox insanlar nə zaman və nə yediklərinin psixi sağlamlığa təsir etdiyini dərk etmirlər. Onun sözlərinə görə, qidalanma diqqət toplamaq, enerjili olmaq və gündəlik fəaliyyətlərdə müvəffəqiyyət üçün əsas rola malikdir.


2025-ci il tədqiqatı nə göstərdi?

Tədqiqatçılar gündəlik qidalanma vərdişlərinin, xüsusilə səhər yeməyini buraxmağın insanın psixi sağlamlığına necə təsir etdiyini öyrəniblər. Nəticədə səhər yeməyindən imtinanın insan psixikasına 3 əsas mənfi təsiri olduğu aşkar edilib:

 

1. Depressiya simptomlarının artması

Son araşdırmalar depressiyanın yalnız biologiyadan yox, həyat tərzi faktorlarından da asılı olduğunu göstərir: yuxu rejimi, fiziki aktivlik, qidalanma və gündəlik struktur beynin fəaliyyəti və emosional sabitliyə təsir edir. Tədqiqatda səhər yeməyini buraxan gənclər, daha çox depressiya əlamətləri (kədər, emosional stress, əhvalın tez düşməsi) barədə məlumat veriblər.

 

2. Diqqət pozuntusu və narahatlıq hissi

Tədqiqatçılar müəyyən ediblər ki, səhər yeməyi ilə diqqət impulsivliyi arasında əlaqə var. Bu, insanın asanca yayınması, diqqəti cəmləyə bilməməsi, daxili narahatlıq kimi hallarla bağlıdır. Səhər yeməyini tez-tez buraxan gənclərdə bu impulsivlik daha yüksək səviyyədə müşahidə olunub. Bu isə beyin funksiyalarının özünü tənzimləməsinə mənfi təsir edir və əhval dəyişkənliyi və depressiv hallar meydana gətirə bilər.

 

Psixoloq Trəvers tövsiyə edir:

 

“Əgər tez-tez beyninizin ‘buxarlandığını", emosional gərginlik hiss etdiyinizi düşünürsünüzsə, qidalanma vərdişlərinizi nəzərdən keçirməyin vaxtıdır.”

 

3. Özünü idarə etmə və emosional tənzimləmə zəifləyir

Tədqiqatın ən maraqlı nəticələrindən biri: səhər yeməyindən imtina edən gənclər özünüidarəetmə və impulsivlik baxımından daha zəif nəticə göstəriblər.

 

Bu insanlar:

 

İstəkləri təxirə sala bilmirlər

 

Emosional reaksiyaları idarə etməkdə çətinlik çəkirlər

 

Səbir və dözümlülük nümayiş etdirə bilmirlər

 

Səhər yeməyinin olmaması enerjinin azalmasına səbəb olur, bu da emosional dayanıqlıq, özünü idarəetmə, qərarvermə bacarığı kimi keyfiyyətlərə mənfi təsir edir.

 

Psixoloqun məsləhəti:

 

“Əgər özünüzdə tez-tez qəzəb, intizamsızlıq və emosional dağınıqlıq hiss edirsinizsə, yalnız ruh halınıza yox, bədəninizə də diqqət yetirin. Bu qədər sadə bir şey – səhər yeməyi – enerjinizi və daxili tarazlığınızı sabit saxlamağa kömək edə bilər".

 

Digər səhər yeməyi xəbərləri:

Pəhrizdə uğur qazanmaq üçün ən yaxşı səhər yeməyi – qadınlar və kişilər üçün fərqli ola bilər. Araşdırmalar göstərib ki, kişilərin orqanizmi yüksək karbohidratlı qidalara, qadınların orqanizmi isə yağlı səhər yeməyinə daha yaxşı uyğunlaşır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
148 115 178 151 198 168

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.