HASANLY

HASANLY Xəbərlər 25-07-2025, 12:33

"Labubu" oyuncaqları dünyada Çinin yumşaq gücünə çevrilir

"Labubu" oyuncaqları dünyada Çinin yumşaq gücünə çevrilir

"Pop Mart" şirkətinin "Labubu" oyuncağı ABŞ-də sürətlə populyarlıq qazanır və Pekinlə Vaşinqtonun gərgin münasibətləri fonunda Çinin yumşaq gücünə çevrilir.

Loading.Az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşrinin ekspertləri bildirirlər.

Belə ki, "Labubu" oyuncağının alıcılarının 40 faizi xarici ölkələrin vətəndaşlarıdırlar və "Pop Mart" şirkəti qərbli rəqiblərini bazarda sıxışdırır.

Bildirilir ki, "Labubu"nun 2024-cü ildə qlobal bazarda etdiyi satış 423 milyon dollar təşkil edib, ümumi gəliri isə 1.8 milyard dollar olaraq qiymətləndirilir. Amma vacib olan əsas məqam "Labubu"nun ABŞ şirkətlərini geridə qoymasıdır. Belə ki, "Pop Mart"ın bazar kapitallaşması, son məlumatlara görə, təxminən 41 milyard dollara yüksəlib. Bu, məşhur ABŞ oyuncaq istehsalçıları "Mattel" və "Hasbro"nun birlikdə qazandığından çoxdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
191 180 163 194 182 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.