ice berg

ice berg Heyvanlar aləmi 7-08-2025, 10:00

Evdə pişik saxlamaq olarmı?

Evdə pişik saxlamaq olarmı?

Pişiklər dünyanın hər yerində insanlarla yaşayan ən sevimli ev heyvanlarından biridir. 

 

Loading.aZ xəbər verir ki, araşdırma zamanı öz pişiyi olmayanların ürək-damar xəstəliklərindən ölmə ehtimalı evdə pişik saxlayanlara nisbətən 40 faiz daha çox olduğu müəyyən edilib. 

 

Pişik bəsləmənin faydalarından biri də tənhalığa faydalı olması və uşaqların psixi sağlamlığına müsbət təsir göstərməsidir.

 

Erkən yaşda ev heyvanları ilə təmasda böyümək gələcəkdə immunitet sistemini gücləndirir və ümumi allergiyanı əhəmiyyətli dərəcədə azaldır.

 

Pişiklərin sakitləşdirici təsiri onların ən tanınmış xüsusiyyətlərindən biridir.

 

Pişiklərin mırıltı səsi insanda rahatlıq hissi yaradır, ürək döyüntülərini tənzimləyir və stress hormonlarının səviyyəsini azaldır.

 

 Bu, xüsusilə gündəlik həyatda stresslə üzləşən insanlar üçün çox faydalıdır.

 

Pişiklərin varlığı evdə pozitiv enerji yaradır. Onlar insanların üzünü güldürən, günlərini işıqlandıran maraqlı və şən davranışları ilə məşhurdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
259 212 225 200 239 159

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.