HASANLY

HASANLY İdman 5-08-2025, 12:38

"Volfsberger"in baş məşqçisi: "Araz-Naxçıvan" bizi maraqlandırmır"

"Volfsberger"in baş məşqçisi: "Araz-Naxçıvan" bizi maraqlandırmır"

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi olan Avstriyanın "Volfsberger" klubu qitənin üçüncü dərəcəli turnirində çıxış etmək istəmir.

Loading.Az Avstriya mediasına istinadən xəbər verir ki, rəhbərlik komandanın qarşısına Avropa Liqasında mərhələ adlamaq tapşırığı qoyub.

Baş məşqçi Ditmar Kühbauer qısa açıqlamasında bütün diqqətlərini PAOK-la görüşlərə yönəltdiklərini bildirib.

"Məqsədimiz Avropa Liqasında irəliləməkdir. Buna görə də indi nə "Omoniya", nə də "Araz-Naxçıvan" bizi maraqlandırmır. Hədəf PAOK-la oyunlarda uğurlu nəticə qazanmaqdır. Yunanıstan klubu ilə matçların nəticəsindən sonra gələcək rəqib barədə danışmaq olar".

Xatırladaq ki, UEFA Avropa Liqasının III təsnifat mərhələsində mübarizə aparan "Volfsberger" Yunanıstan PAOK-u ilə qarşılaşacaq. Komanda bu mərhələdə məğlub olacağı təqdirdə UEFA Konfrans Liqasının pley-offuna düşəcək və "Araz-Naxçıvan" - "Omoniya" (Kipr) cütünün qalibinə rəqib olacaq.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 21-də və 28-də keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
213 201 229 219 210 199

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.