ice berg

ice berg Xəbərlər 6-08-2025, 22:00

Tramp Azərbaycan və Ermənistan liderlərini qəbul edəcək

Tramp Azərbaycan və Ermənistan liderlərini qəbul edəcək

ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

 

Loading.aZ xəbər verir ki, bu barədə "The Washington Post" nəşri iki yüksək vəzifəli Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.


Məlumata görə, bu görüş prezident Trampın beynəlxalq münaqişələrin həllinə vasitəçilik səylərinin növbəti nümunəsidir.

 

Görüşün məqsədi onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün sülh sazişinin əldə edilməsidir.

 

Rəsmilərdən biri cümə günü keçiriləcək görüşdə tərəflər arasında sülh razılaşmasının elan olunmasının mümkünlüyünü bildirib.

 

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Trampla ayrıca görüşünün keçirməsi planlaşdırılır.

 

Xatırladaq ki, hər iki ölkənin liderləri ötən ay Birləşmiş Ərəb Əmirliklərində sülh danışıqları aparıblar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
160 175 174 187 140 174

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.