HASANLY

HASANLY Xəbərlər 6-08-2025, 12:23

Arif Məmmədovun qəfil ÖLÜM SƏBƏBİ nədir? - Füzuli Musayev AÇIQLADI

Arif Məmmədovun qəfil ÖLÜM SƏBƏBİ nədir? - Füzuli Musayev AÇIQLADI

Xəbər verdiyimiz kimi, Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanın Batumi şəhərində qəfil vəfat edib.

Loading.Az xəbər verir ki, Modern.az hadisənin təfərrüatlarını öyrənmək üçün Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayevlə əlaqə saxlayıb.

Füzuli Musayevin verdiyi məlumata görə, Arif Məmmədov Batumiyə tələbələrinin qatıldığı karate yarışı ilə bağlı səfər edib.

Lakin səfər zamanı səhhətində qəfil problemlər yaranıb və təcili şəkildə xəstəxanaya yerləşdirilib.

"İlkin diaqnoza əsasən, həkimlər ciyərlərində buzlaşma (hipotermiyaya bənzər pnevmoniya prosesi - red) getdiyini bildiriblər. Vəziyyəti sürətlə ağırlaşdı və komaya düşdü. Biz onu Türkiyədəki xəstəxanalardan birinə təxliyə etməli olduq", - deyə Füzuli Musayev bildirib.

Vitse-prezidentin sözlərinə görə, o, həmin vaxt Arif Məmmədova görə xəstəxana ilə mütəmadi əlaqə saxlayıb, lakin hələlik ölümə səbəb olan konkret tibbi diaqnoz barədə dəqiq məlumat əldə olunmayıb.

Qeyd edək ki, Arif Məmmədov daha əvvəl Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədrinin müavini olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
200 200 160 187 132 223

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.