ice berg

ice berg Şeirlər 9-08-2025, 21:00

Tufanlar qoynunda gəmim var mənim

Tufanlar qoynunda gəmim var mənim

Yığılmır yollardan fikrim, xəyalım,

Görən, bu çöllərdə kimim var mənim ?

Sazda Kərəmiyə qoşulan səsim,

Kamanda inləyən simim var mənim.

 

Kəsilib qapıdan gedib-gələnim,

Yox mətləb qananım, qədir bilənim,

Dumanlar içində yorğun köhlənim,

Tufanlar qoynunda gəmim var mənim.

 

Hüseyn, nə oldu qönçə niyyətim?

Daşlara toxundu ilk məhəbbətim,

Özgəni güldürən sözüm-söhbətim, 

Özümü ağladan qəmim var mənim 

 

•Hüseyn Arif

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
284 271 248 282 269 301

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.