ice berg

ice berg İslam Dini 9-08-2025, 11:00

Qurani-Kərimdə neçə heyvanın adı çəkilir?

Qurani-Kərimdə neçə heyvanın adı çəkilir?

 Qurani-Kərimin bəzi surələrinin adı heyvan və həşəratlarla bağlıdır. Məsələn, Bəqərə (inək), Ənam (ev heyvanları), Nəml (qarışqa), Nəhl (bal arısı), Ənkəbut (hörümçək), Fil. Müxtəlif ayələrdə 25-dən artıq canlının adı çəkilir. Bunların xatırlanması ya keçmiş ümmətlərin və peyğəmbərlərin əhvalatlarının təsviri ilə bağlıdır, ya da Allah bu canlıların adını çəkməklə insanlara öyüd-nəsihət verir.

 Quranda adı çəkilən heyvan, quş və həşəratların adları bunlardır: Şanapipik (hüdhüd), bildirçin, qarğa, arı, kəpənək, ağcaqanad, milçək, çəyirtkə, qurbağa, bit-birə, qarışqa, hörümçək, balina, qoyun, keçi, inək, dəvə, fil, aslan, at, qatır, uzunqulaq, ilan, meymun, canavar, it və donuz.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
303 261 258 307 326 282

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.