ice berg

ice berg İslam Dini 10-08-2025, 17:00

Rəsul və nəbi anlayışları arasında fərq varmı?

Rəsul və nəbi anlayışları arasında fərq varmı?

Hər iki söz dini anlamda peyğəmbərliyi ifadə edir. Ərəb dilindən tərcümədə birinci kəlmə “elçi”, ikinci kəlmə isə “xəbər gətirən” mənasını verir. Bunların fərqə malik olub-olmaması barədə tədqiqatçılar arasında fikir ayrılığı var. Bəzilərinin fikrincə, rəsullar nəbilərin içindən seçilmişdir və sayları daha azdır. Belə ki, bütün peyğəmbərlər Allahdan xəbər gətirdikləri üçün nəbidir. Amma onların hamısı müəyyən ümmətə göndərilməyib, bəzi peyğəmbərlər məhdud çərçivədə, bəziləri hətta yalnız özləri üçün peyğəmbər göndərilmişlər. Bu fikrə görə ümmətə göndərilən peyğəmbərlər rəsul adlanır. Bəziləri deyir ki, rəsul mələk tərəfindən vəhy alır, nəbiyə isə fərqli yollarla – yuxuda, cansız əşyalar, hadisələr vasitəsilə vəhy edilir. Daha bir qrupun fikrincə, nəbi və rəsul arasında mahiyyətcə fərq yoxdur. Bu kəlmələr eyni peyğəmbərin fərqli cəhətlərini göstərir. Belə ki, eyni peyğəmbər Allahdan vəhy aldığı üçün nəbidir, bu vəhyi insanlara çatdırdığı üçün rəsuldur. Yəni bu iki məfhum peyğəmbərin fərqli fəaliyyət istiqamətlərini ifadə edir.

 


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
270 320 259 282 207 226

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.