ice berg

ice berg İslam Dini 11-08-2025, 17:00

“Səmiallahu limən həmidəh” zikrinin mənası nədir və nə zaman deyilir?

“Səmiallahu limən həmidəh” zikrinin mənası nədir və nə zaman deyilir?

Ərəb dilindən tərcümədə bu ifadənin mənası belədir: “Allah, Ona həm edənləri eşitdi (eşidər)”. Yəni Allaha həmd söyləyənlər arxayın olsunlar ki, Allah onları eşidir və mükafatlarını da verəcək. Bu zikr əsasən namazın rüknlərindən (vacib əməllərindən) sayılan rüku ilə bağlıdır. Əhli-sünnə məzhəbinə görə insan rüku üçün əyildikdən və rükunun zikrini söylədikdən sonra qalxarkən “Səmiallahu limən həmidəh” deməsi müstəhəbdir. Şiə məzhəbində isə namaz zikrlərinin əksəriyyəti bədən aram vəziyyətdə olarkən deyilir. Rükudan qalxıb ayaq üstə aram vəziyyətdə durduqdan sonra bu zikr deyilir. Şiə məzhəbinə görə zikrlərdən yalnız biri – “Buhovlillahi və quvvətihi əqumu və əqud” (Allahın verdiyi güc-qüvvətlə qalxıram və otururam) ikinci səcdədən qalxıb ayaq üstə durarkən deyilir, qalan zikrləri bədən aram olduğu zaman söyləmək müstəhəbdir.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
286 289 247 305 291 283

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.