AzizA

AzizA Sağlamlıq 9-08-2025, 19:30

Dəniz, yoxsa hovuz yaxşıdır?

Dəniz, yoxsa hovuz yaxşıdır?

Yay aylarında sərinləməyin ən təbii yolu su ilə təmasdır.

Kimisi çimərliklərdə, kimisi isə hovuzlarda sərinlənməyi üstün tutur.

Maraqlıdır, təhlükəsizlik və sağlıq baxımından hovuzda çimilməlidir yoxsa dənizdə?

Həkim Mətanət Əliyeva deyib ki, hovuz suyundakı xlor, burun və boğaz selikli qişasını qıcıqlandıra bilər:

“Bu isə yüngül öskürək, boğaz ağrısı və qızdırma ilə nəticələnə bilər. Xüsusən də allergiyaya meyilli uşaqlar və böyüklər üçün risklidir. Çirkli dəniz və ya hovuz suyunun udulması mədə-bağırsaq infeksiyası riski yaradır. İshal, qusma və qızdırma bu hallarda müşahidə edilə bilər. İstənilən halda dəniz və hovuzda üzənlər müəyyən qaydalara əməl etməlidir. Xüsusilə uşaqla bu cür məkanlara gedənlər ikiqat ehtiyatlı olmalıdır”.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
207 192 183 195 193 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.