AzizA

AzizA Məsləhətlər 11-08-2025, 22:30

Ekspertlərdən xəbərdarlıq: Noutbuku 100% doldurmaq batareyanın ömrünü qısaldır

Ekspertlərdən xəbərdarlıq: Noutbuku 100% doldurmaq batareyanın ömrünü qısaldır

Bir çox noutbuk sahibləri cihazlarını tam olaraq 100%-ə qədər doldurur, lakin mütəxəssislər bu vərdişin batareyanın sağlamlığına zərər verdiyini bildirirlər. Ekspertlərin izahına görə, batareyalar üçün tam dolma rejimi əlverişli deyil. 100%-lik şarj batareya elementlərinə artıq yük salır, daxildəki kimyəvi prosesləri sürətləndirir və nəticədə akkumulyatorun daha tez köhnəlməsinə səbəb olur.

Mütəxəssislər batareya səviyyəsini 20%-80% aralığında saxlamağı məsləhət görür.

İstifadə zamanı cihazı daim şəbəkəyə qoşulu saxlamaq da tövsiyə edilmir. Şarjın 0%-ə qədər enməsinə imkan vermək olmaz. Ən yaxşısı noutbuku 80-90%-ə qədər doldurub, sonra şəbəkədən ayırmaq və səviyyənin 20-30%-ə enməsinə icazə verməkdir.Bəzi noutbuklarda şarj optimizasiyası funksiyası mövcuddur. Bu funksiya səviyyə 80%-ə çatdıqda avtomatik olaraq doldurmanı dayandırır. Mütəxəssislərin fikrincə, bu üsul batareyanın xidmət müddətini əhəmiyyətli dərəcədə uzada bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
152 151 212 170 193 187

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.