HASANLY

HASANLY Xəbərlər 12-08-2025, 12:13

Trampla Putinin görüşəcəyi şəhərin hava məkanını bağlayacaqlar

Trampla Putinin görüşəcəyi şəhərin hava məkanını bağlayacaqlar

Avqustun 15-də Donald Trampla Vladimir Putinin görüşünün baş tutacağı ABŞ-nin Alyaska ştatının Ankoric şəhərinin hava məkanını bağlayacaqlar.

Loading.Az xəbər verir ki, bu barədə ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.

Bildirilir ki, rəsmi şəxslərin hərəkəti səbəbindən səma 48.3 km radiusda və 5.5 km yüksəklikdə bağlanacaq.

Məhdudiyyətlər avqustun 16-da aradan qaldırılacaq.

Qeyd edək ki, Donald Tramp avqustun 8-də bildirib ki, cümə günü Alyaskada Vladimir Putinlə görüşməyi planlaşdırır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
178 177 155 184 157 198

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.