ice berg

ice berg Xəbərlər 13-08-2025, 15:00

“Azərişıq” yenidən TƏŞKİL EDİLİR

“Azərişıq” yenidən TƏŞKİL EDİLİR

“Azərişıq” ASC bir sıra təsərrüfat subyektlərinin onun strukturuna daxil edilməsi ilə yenidən təşkil edilə bilər.

 

Loading.aZ xəbər verir ki, “APA-Economics”in əldə etdiyi məlumata görə, bununla bağlı, ASC-ə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən razılıq verilib.


Qeyd edək ki, ““Azərişıq” ASC-nin fəaliyyətinin təşkili haqqında” Prezidentin Sərəncamına əsasən, Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib. Cəmiyyətin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
197 167 149 180 167 205

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.