ice berg

ice berg İdman 18-08-2025, 18:00

"Ferentsvaroş"un baş məşqçisindən "Qarabağ" açıqlaması

"Ferentsvaroş"un baş məşqçisindən "Qarabağ" açıqlaması

"İki gündən sonra bizi çox vacib oyun gözləyir".

 

Loading.aZın məlumatına görə, bunu Macarıstan "Ferentsvaroş"unun baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqasında "Qarabağ"a qarşı keçirəcəkləri ilk pley-off matçından öncə deyib.

 

İrlandiyalı mütəxəssis bildirib ki, ölkə çempionatının IV turunda "Puşkaş Akademiyası"na 1:2 hesablı ev məğlubiyyətindən məyus olmağa və başlarını aşağı salmağa dəyməz: "Bu görüşdə mən əvvəllər az çıxış etmiş 10 futbolçuya şans verdim. Bir çox oyunçumuz istirahət etdi. İrəli baxmalıyıq".

 

Bununla belə, Kinin fikrincə, "Puşkaş Akademiyası"na qalib gəlmək lazım idi: "Artıq biz yalnız qarşıdakı matça köklənməliyik".

 

Qeyd edək ki, "Ferentsvaroş" və "Qarabağ" komandaları arasındakı ilk oyun avqustun 19-da "Groupama Arena"da keçiriləcək. Cavab görüşü isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
205 228 205 165 164 205

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.