HASANLY

HASANLY Xəbərlər 18-08-2025, 12:19

Tramp-Zelenski görüşünün saatı məlum olub

Tramp-Zelenski görüşünün saatı məlum olub

ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski arasında bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq və bir saat davam edəcək.

Loading.Az-ın xəbərinə görə, bu barədə Donald Trampın görüşlərinə dair Ağ Evin dərc etdiyi cədvəldə qeyd olunur.

D.Tramp və V.Zelenski arasında görüş Ukrayna münaqişəsinin həllinə həsr olunacaq. V.Zelenski ilə birlikdə Ağ Evə Trampla görüşə yollanacaq liderlər arasında Almaniya Kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliyanın Baş naziri Corciya Meloni, Böyük Britaniyanın Baş naziri Kir Starmer və NATO-nun baş katibi Mark Rütte də var.

Məlumat üçün əlavə edək ki, artıq Volodimir Zelenski Donald Trampla görüşmək üçün ABŞ-dədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
139 178 161 179 166 180

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.