HASANLY

HASANLY Xəbərlər 23-08-2025, 13:24

"Hörümçək adam"ın kostyumu hərraca çıxarılacaq

"Hörümçək adam"ın kostyumu hərraca çıxarılacaq

"Hörümçək-adam 2" və "Hörümçək-adam 3" filmlərində aktyor Tobi Maquayrın geyindiyi kostyum hərraca çıxarılacaq.

Loading.Az xəbər verir ki, bu barədə "Propstore" auksion evinin saytında məlumat yayılıb.

Bildirilib ki, hərrac sentyabrın 4-də keçiriləcək. Kostyum "Oskar" mükafatı laureatı, tanınmış dizayner Ceyms Açeson tərəfindən hazırlanıb. Qırmızı və mavi rəngli geyim superqəhrəman filmlərinin ən məşhur kostyumlarından birinə çevrilib.

Məlumata görə, satışa çıxarılan geyimin daxili astarında onun "Hörümçək-adam 3" filminin çəkilişlərində istifadə edildiyini təsdiqləyən "3.S" işarəsi var.

Lotun başlanğıc qiyməti 50 min ABŞ dolları müəyyən olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
163 170 175 156 178 211

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.