ice berg

ice berg İdman 28-08-2025, 18:54

Çempionlar Liqasının əsas favoritləri: "Qarabağ" neçənci yerdədir?

Çempionlar Liqasının əsas favoritləri: "Qarabağ" neçənci yerdədir?

Məşhur “Goal” portalı UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə qələbəyə əsas namizədlərin reytinqini tərtib edib.

 

Loading.aZ xəbər verir ki, siyahının zirvəsində Fransa təmsilçisi PSJ qərarlaşıb. İlk beşliyə həmçinin “Barselona”, Madridin “Real”ı, Londonun “Arsenal”ı və “Liverpul” daxil olub. Qazaxıstanın “Kayrat”ı və Azərbaycanın “Qarabağ”ı müvafiq olaraq 35-ci və 36-cı yerlərdə qərarlaşıblar.

 

Top-10 favorit belədir:


1. PSJ

2. Barselona

3. Arsenal

4. Liverpul

5. Real Madrid

6. Bavariya

7. Çelsi

8. Mançester Siti

9. İnter

10. Tottenhem

 

Hazırkı Çempionlar Liqasının qalibi Pari Sen-Jermen-dir. Paris klubu ötən mövsümün finalında “İnter”i 5:0 hesabı ilə darmadağın edib. Qeyd edək ki, parislilər həmçinin UEFA Superkubokunu da qazanıblar, finalda “Tottenhem”lə 2:2 hesablı heç-heçədən sonra penaltilərdə 4:3 üstün olublar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
213 222 204 175 196 180

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.