ice berg

ice berg İdman 29-08-2025, 17:03

"Fənərbaxça" Kerem Aktürkoğlunu transfer etdi

"Fənərbaxça" Kerem Aktürkoğlunu transfer etdi

"Benfika"nın oyunçusu Kerem Aktürkoğlu Superliqaya dönüş etməyə yaxındır.

 

Loading.aZın məlumatına görə, "Fənərbaxça" türk hücumçunun transferini bitirmək üzrədir.

 

İstanbul təmsilçisi Keremin keçidi üçün Portuqaliya klubu ilə razılaşıb. Transferin dəyərinin təxminən 25 milyon avro olacağı bildirilir.

26 yaşlı yarımmüdafiəçi şəxsi Instagram hesabında "Qalatasaray"la bağlı bütün paylaşımlarını silib və klubun səhifəsini izləmədən çıxarıb.

 

Xatırladaq ki, "Benfika" Kerem Aktürkoğlunu ötən mövsümün yayında "Qalatasaray"dan heyətinə qatmışdı. Türkiyə millisinin üzvü Portuqaliya klubunun formasında çıxdığı 58 rəsmi görüşdə 17 qol vurub, 13 məhsuldar ötürmə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
205 178 204 187 196 226

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.