amon

amon Xəbərlər 31-08-2025, 18:06

KİV: Almaniyada müavinət alanların işdən imtina etməsinə görə tədbirlər sərtləşdiriləcək Digər ölkələr

KİV: Almaniyada müavinət alanların işdən imtina etməsinə görə tədbirlər sərtləşdiriləcək Digər ölkələr

Almaniyanın əmək və sosial məsələlər naziri Barbel Bas vətəndaşlıq müavinəti ("Bürgergeld") alanlara, o cümlədən ukraynalı qaçqınlara qarşı əmək fəaliyyətindən imtina etdikləri halda tətbiq olunacaq tədbirləri sərtləşdirmək istəyir.

Loading.az`'n "Bild" qəzetinə istinadən məlumatına görə, müvafiq göstəriş 10 sentyabrda təqdim olunacaq.

Müvafiq nazirlik izah edir ki, məbləği 563 avroya çatan müavinət əmək birjasında məsləhətləşməni üzrsüz səbəbdən buraxan şəxslər üçün 30% azaldılacaq. Əgər əmək qabiliyyətli şəxs dəfələrlə iş təkliflərindən imtina edərsə, onun "Bürgergeld" ödənişi tamamilə dayandırılacaq.

"Mesaj aydındır: biz iş tapmağa kömək edirik, amma bunun üçün insanın bu prosesdə iştirak etməsi vacibdir. Əks halda, bu hər gün işləyənlərə qarşı ədalətsizlik olar" – deyə nazir "Bild" qəzetinə bildirib.

Bİr başqa göstərişə əsasən, 2026-cı ildə Bürgergeld üzrə indeksasiya nəzərdə tutulmur, bu da ölkədə inflyasiya səviyyəsinin azalması ilə əlaqələndirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
175 178 160 171 176 158

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.