Bir az daha sevim səni
Bəhanəmsən hər səbəbə.
Az gülümsə gəlim təbə,
Sən müəllim, mən tələbə.
Hər sualda bilim səni,
♥️Bir az daha sevim səni♥️
Adın düşmür, dilimdə sən.
İşim də sən, gücüm də sən,
Fonda Dilbər, içimdə sən.
Şeirlərə sərim səni,
🩵Bir az daha sevim səni🩵
Uzaq baxma arxandayam.
Ayaq saxla, qorxma dayan,
Sən çiçəksən, mən qoxlayan.
İncitmədən dərim səni,
♥️Bir az daha sevim səni♥️







