HASANLY

HASANLY İdman 1-09-2025, 14:05

İslandiya millisinin baş məşqçisi: "Azərbaycanla oyun mənim üçün xüsusi an olacaq"

İslandiya millisinin baş məşqçisi: "Azərbaycanla oyun mənim üçün xüsusi an olacaq"

"Azərbaycanla ev oyununda qələbə qazanmaq olduqca vacibdir".

Loading.Az xəbər verir ki, İslandiya yığmasının baş məşqçisi Arnar Qunnlauqsson DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyun haqqında danışıb:

"Azərbaycanla oyun mənim üçün xüsusi an olacaq. Bu, "Laugardalsvöllur" stadionunda ilk matçımdır. Mənim və ailəm üçün çox böyük hadisədir. Bu stadion indi dünya səviyyəsinə uyğundur. Azərbaycanla ev oyununda qələbə qazanmaq olduqca vacibdir. Kağız üzərində Azərbaycan qrupun ən zəif komandası göstərilə bilər. Ancaq hər şeyə meydanda aydınlıq gəlir. Fransa ilə görüşdə stadionun dolacağını bilirəm. Amma Azərbaycana qarşı da azarkeşlərin dəstəyi bizim üçün əvəzsiz olar. Gəlin, dünya çempionatına vəsiqə qazanmağa birgə çalışaq".

Qeyd edək ki, İslandiya millisi sentyabrın 5-də Reykyavikdə Azərbaycanla, dörd gün sonra isə Parisdə Fransa ilə qarşılaşacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
246 196 210 208 195 217

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.