HASANLY

HASANLY Xəbərlər 1-09-2025, 14:46

III MDB Oyunları ilə bağlı rəsmi gerisayım mərasimi keçirilib

III MDB Oyunları ilə bağlı rəsmi gerisayım mərasimi keçirilib

Gəncədə III MDB Oyunlarının rəsmi gerisayım mərasimi keçirilib.

Loading.Az xəbər verir ki, tədbirdə Oyunların Təşkilat Komitəsinin sədr müavini, gənclər və idman naziri Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev iştirak ediblər.

Adil Tağıyev qeyd edib ki, III MDB Oyunlarına hazırlıq çərçivəsində şəhərdə genişmiqyaslı təmir-tikinti işləri aparılır. Gəncədə, həmçinin Qafqazın ən böyük idman sarayı inşa olunub.

Mərasim çərçivəsində geniş ictimaiyyətə III MDB Oyunlarının rəsmi talismanları - Bəbir və Leyla təqdim olunublar.

Tədbirin əsas məqamı xüsusi quraşdırılmış stendlərdə gerisayım saatlarının işə salınması olub.

III MDB Oyunları 28 sentyabr - 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
154 162 171 183 156 156

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.