ice berg

ice berg Programlar 2-09-2025, 19:00

"TikTok"a yeni funksiya gəlir

"TikTok"a yeni funksiya gəlir


“TikTok” birbaşa mesajlaşma (DM) funksiyasını genişləndirir.

 

Loading.aZ xarici KİV-ə istinadən xəbər verir ki, yeniləmə ilə istifadəçilər səsli qeydlər, şəkillər və videolar paylaşa biləcəklər.

 

Bu dəyişikliklər həm təkbətək, həm də qrup çatlarına şamil ediləcək.

 

İstifadəçilər birbaşa söhbət ekranından audio yazmaqla 60 saniyəyə qədər səsli qeydlər göndərə biləcəklər. Bir mesajda doqquza qədər foto və ya video paylaşıla bilər.

 

Daha çox media göndərmək istəyən istifadəçilər sonrakı mesajlarla paylaşmağa davam edə bilərlər.

 

Qeyd olunur ki, əvvəllər istifadəçilər yalnız mətn, GIF-lər, stikerlər və “TikTok” məzmunu göndərə bilirdilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
167 200 182 208 227 193

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.