AzizA

AzizA Sağlamlıq 3-09-2025, 22:30

Qəhvəni yalnız bu halda içsəniz fayda görəcəksiniz

Qəhvəni yalnız bu halda içsəniz fayda görəcəksiniz

Qəhvə sevənlər yaxşı anlayırlar ki, bu içki həmişə faydalı olmur. Zərər çox vaxt qəhvənin özündə deyil, ona qatılan əlavələrdə gizlənir. Artıq şəkər, qaymaq və ya şirinləşdiricilər faydanı minimuma endirə bilər. Yeni elmi məlumatlar göstərib ki, təbii qara qəhvə və ya az miqdarda şəkərlə içilən qəhvə sağlamlığa müsbət təsir göstərə və hətta ömrü uzada bilər.

Böyük miqyaslı tədqiqatda 171 mindən çox insan iştirak edib və onların vəziyyəti yeddi il ərzində izlənilib.

Şəkərsiz qəhvəyə üstünlük verənlərin vaxtsız ölüm ehtimalı bu içkidən ümumiyyətlə imtina edənlərlə müqayisədə 16–20% daha aşağı olub. Çay qaşığı ilə cəmi bir qədər şəkər əlavə edən iştirakçılarda isə sağ qalma göstəricisi daha yüksək – 29–31% təşkil edib.

Qəhvənin güclü iltihabəleyhinə təsirə malik olduğuna dair kifayət qədər dəlillər toplanıb. Ən böyük faydanı isə məhz qara qəhvə verir, çünki o, antioksidantlar və polifenollarla zəngindir və zərərli birləşmələrdən uzaqdır.

Şəkərə gəlincə, onun az miqdarı, məsələn, bir çay qaşığı sağlamlığa təhlükə yaratmır və qanda qlükozanın kəskin artmasına səbəb olmur. Amma o, çox şirin qəhvə içkilərindən uzaq durmağı tövsiyə edib: belə içkilərin bəzilərində 8–12 çay qaşığı şəkər və qaymaq ola bilər ki, bu da qanda şəkərin səviyyəsini xeyli yüksəldir və sağlamlığa mənfi təsir göstərir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
153 175 164 198 163 163

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.