ice berg

ice berg Xəbərlər 3-09-2025, 16:49

Böyük Britaniya bu tələbələri deportasiya edəcək

Böyük Britaniya bu tələbələri deportasiya edəcək

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi viza müddəti bitdikdən sonra ölkədə qalmağa davam edən xarici tələbələri deportasiya edəcək.

 

Loading.aZ xəbər verir ki, bu haqda məlumatı daxili işlər naziri Yvette Kuper verib.

 

O bildirib ki, bəzi xarici tələbələr ölkələrindəki şərtlər dəyişməməsinə baxmayaraq, sığınacaq üçün müraciət edib.

 

"Əsl qaçqınlara lazımi dəstəyi verəcəyik. Lakin vəziyyət dəyişməyibsə, tələbələr təhsillərinin sonunda sığınacaq üçün müraciət etməməlidirlər", - o bildirib.

 

Məlumata görə, Daxili İşlər Nazirliyi 10.000 xarici tələbəyə vizalarının bitmək üzrə olduğu barədə mesaj göndərib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
165 145 175 192 192 182

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.