HASANLY

HASANLY Xəbərlər 4-09-2025, 11:27

Donald Tramp: "Nobel Sülh mükafatına iddia etmirəm"

Donald Tramp: "Nobel Sülh mükafatına iddia etmirəm"

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Nobel Sülh mükafatına iddia etmədiyini bildirib.

Loading.Az xəbər verir ki, Birləşmiş Ştatlar prezidenti bu barədə jurnalistlərə verdiyi qısa açıqlamada qeyd edib.

"Nobel Sülh mükafatına iddia etmirəm. Mən sadəcə həyatları xilas etmək istəyirəm", - deyə D.Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Nobel Sülh mükafatına namizədliyi dünya mediasında geniş müzakirə olunur. Artıq bir neçə dövlət onun namizədliyinin irəli sürülməsi barədə rəsmi müraciət ünvanlayıb. Belə ki, D.Tramp Hindistan və Pakistan, Kamboca və Tailand arasında toqquşmalarda vasitəçilik edib, həmçinin ötən həftə Azərbaycan və Ermənistan liderlərini Ağ Evdə qonaq edərək iki ölkə arasında Birgə Bəyannamənin imzalanmasına nail olub. O, hazırda Rusiya və Ukrayna arasında müharibədə vasitəçilik üçün cəhdlər edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
189 150 164 205 122 191

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.