HASANLY

HASANLY Xəbərlər 4-09-2025, 12:01

Azərbaycan Mərkəzi Bankı, "AzFina" və "PashaPay" "Fintex Üfüqləri Forumu" keçirdi

Azərbaycan Mərkəzi Bankı, "AzFina" və "PashaPay" "Fintex Üfüqləri Forumu" keçirdi

3 sentyabr 2025-ci il tarixində Azərbaycan Mərkəzi Bankı (AMB), Azərbaycan Fintex Assosiasiyasının (AzFina) və "PashaPay"in birgə təşkilatçılığı ilə "Fintex Üfüqləri Forumu" keçirilib. Forum, ölkənin fintex ekosistemində aparıcı şirkətləri bir araya gətirərək, "AniPay" (Ani Ödənişlər Sistemi - AÖS) və Hökumət Ödəniş Portalının, o cümlədən QR ödənişlərin imkanları, rəqəmsal transformasiya istiqamətləri və maliyyə xidmətlərinin gələcəyi üzrə müzakirə platforması təqdim edib.

- Forumda fintex şirkətləri bir araya gələrək "AniPay" və Hökumət Ödəniş Portalının imkanları, eləcə də QR və digər innovativ rəqəmsal həlləri müzakirə ediblər;

- Ödəniş təşkilatları və elektron pul təşkilatlarının fəaliyyətlərinin

tənzimlənməsi üzrə dəyişikliklər və yeniliklər ətrafında məruzələr dinlənildi;

- Fərdlər, fintexlər və KOB-lar üçün çıxış imkanlarını genişləndirən sistem, AMB dəstəyi ilə təhlükəsizlik və uyğunluğu təmin edir.

Forumun əsas məqsədi rəqəmsal ödənişlərin tətbiqini sürətləndirmək və maliyyə texnologiyalarında innovasiyanı stimullaşdırmaq olub. 2024-cü ildə nağdsız əməliyyatların 66% artması, "AniPay"in ölkənin rəqəmsal iqtisadiyyatındakı önəmini daha da aktuallaşdırıb.

Tədbir çərçivəsində iştirakçılar AÖS infrastrukturu üzərində qurulmuş innovativ ödəniş məhsulları, yeni tənzimləmə tələblərinə uyğun xidmət modelləri və 24/7 fəaliyyət göstərən sistemlərə əsaslanan biznes həlləri üzərində işləyiblər. Məqsəd - mövcud texnologiyanı daha effektiv istifadə etməklə, real bazar ehtiyaclarına cavab verən praktik modellər hazırlamaq olub. Uğurlu həllər təklif edən komandalara sertifikatlar təqdim olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
151 144 172 165 190 132

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.