Ölümdən də betərdi
*_Düşdüm elə bir rəncə, ölümdən də betərdi_*
*_Bəzən yaşamaq məncə ölümdən də betərdi_*
*_Həsrət məni çəksəydi dara can qu(r)tarardım_*
*_Bitmir ki bu işgəncə, ölümdən də betərdi_*
*_Duydunsa xəyanət xəbərin sevgili yardan_*
*_Qıs(ı)lıb yaşa bir küncə, ölümdən də betərdi_*
*_Bəlkəm də nə Abbas, nə də Fərhad, nə də Məcnun_*
*_Dözməzdi bu cür qüncə, ölümdən də betərdi_*
*_Ey yar, diləmə ölməyi mənçün Yaradandan_*
*_Davran mənə düşməncə, ölümdən də betərdi_*
_Vüsal Əşrəf ✨_







