ice berg

ice berg İslam Dini 5-09-2025, 17:00

Tabiin kimdir?

Tabiin kimdir?

Müsəlman halında səhabələri görmüş və onlardan elm öyrənmiş şəxslərə dini ədəbiyyatda tabiin deyilir. Tabiin Peyğəmbərin özünü görməmiş, amma səhabələrlə görüşüb onlardan hədis rəvayət etmişlər. Hədis rəvayətində səhabələrdən sonrakı növbəti təbəqə sayılır. Tabiin təbəqəsindən olan şəxslər səhabələrdən dərs almış, müxtəlif dini elmlərin inkişafında və sistemləşdirilməsində mühüm rol oynamışlar. İslamın ilkin əsrlərinə aid mənbələrdə tabiinə aid rəvayətlər, onların nəql etdikləri hədislər, Quran ayələrinə verdikləri şərhlər mötəbər sayılır. Qurani-Kərimin aşağıdakı ayəsində Allah “yaxşı işlər görməkdə onların ardınca gedən kimsələr” ifadəsi ilə tabiin nəslindən bəhs etmiş və onlardan razı olduğunu bildirmişdir: “(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin, yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar” (Tövbə, 100). Tabiin təbəqəsinin sonunvu nümayəndəsi təqribən 796-cı ildə vəfat etmişdir. Tabiindən Həsən Bəsri, Səid ibn Müseyyib, İbn Sirin, Üveys Qərəni və b. xüsusilə məşhurdurlar.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
249 256 237 237 227 252

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.