cabir

cabir Xəbərlər 6-09-2025, 19:30

Rusiyada məşhur "Yaşkino" brendinin sahiblərinin əmlakı həbs olundu

Rusiyada məşhur "Yaşkino" brendinin sahiblərinin əmlakı həbs olundu

Rusiyada məhkəmə icraçıları məşhur "KDV Qrupu"nun sahibləri Nikolay və Denis Ştenqelov qardaşlarının, həmçinin onların "Kiriyeşki" və "Yashkino" brendlərinə sahib olan "Konditerus Kom" SC şirkətinin əmlakının həbsinə başlayıblar.     Sun.Az        

bu barədə "RIA Novosti"yə istinadla xəbər verir.           

Bildirilib ki, Moskvanın Tver Rayon Məhkəməsi tərəfindən 271 icra vərəqəsi verilib və bunlar iddiaçıya təqdim edilib.

Qeyd edək ki, avqustun sonunda Rusiya Baş Prokurorluğu Nikolay və Denis Ştenqelovun "ekstremist birlik" kimi tanınması üçün məhkəməyə inzibati iddia qaldırıb. Qərarda Ştengelovların gəlirlərinin, o cümlədən "KDV" şirkətlər qrupunun ("Konditerus Kom" SC) dövlət xeyrinə müsadirə edilməsi tələb olunub.

Baş Prokurorluğun iddiasına əsasən, hazırda xaricdə yaşayan iş adamları Rusiyadakı biznesdən əldə etdikləri gəlirləri Ukrayna ordusunun və terrorçu təşkilatların maliyyələşdirilməsinə, həmçinin "düşmən ölkələrin" iqtisadiyyatının dəstəklənməsinə yönəldirlər.

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
231 225 231 184 220 197

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.