cabir

cabir Xəbərlər 6-09-2025, 18:00

Overçuk: "Zəngəzur dəhlizi Ermənistan və Rusiya arasında bağlantı quracaq"

Overçuk: "Zəngəzur dəhlizi Ermənistan və Rusiya arasında bağlantı quracaq"

"Moskva İrəvanla Ermənistanın cənubundakı nəqliyyat marşrutu ("Tramp marşrutu" layihəsi (TRIPP), Zəngəzur dəhlizi - red.) məsələsini müzakirə edib, Moskva hesab edir ki, marşrut Rusiya ilə Ermənistanın bağlantısına imkan yaradacaq".     Sun.Az           

-ın xəbərinə görə, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu çərçivəsində TASS-a müsahibəsində deyib.         

"Əlbəttə, İrəvana səfərim zamanı və Həştərxanda azərbaycanlı həmkarlarımızla görüşlər zamanı bu məsələni də müzakirə etdik. Bunun necə olacağı ilə bağlı anlayışımız var", - deyə o vurğulayıb.

"Belə bir yolun tikintisi Avrasiyanın ümumi nəqliyyat çərçivəsinin formalaşmasına kömək edəcək. Əgər belə bir yol yaranarsa, bu, digər şeylərlə yanaşı, Ermənistanın Rusiya ilə bağlantısına da imkan yaradacaq. Bizim hesablamalarımıza görə, bu, çox güman ölkələrimiz arasında yüklərin daşınması üçün əsas yol olacaq", - deyə Overçuk əlavə edib.

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
169 133 149 155 135 123

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.