Ukraynada səfərbərlik planı: 122 min nəfər orduya çağırılacaq
Ukrayna hakimiyyəti cəbhədəki vəziyyətlə əlaqədar təcili olaraq 122 min nəfərin səfərbər edilməsini planlaşdırır. Sun.Az
xarici mediaya istinadən xəbər verir ki, hesabatda Ukraynanın cəbhə xəttindəki ümumi uğursuzluqlara görə bu addımı atdığı vurğulanır. Bildirilir ki, ən çox səfərbərlik Dnepropetrovsk, Odessa və Xarkov vilayətlərində həyata keçiriləcək.
Məlumata görə, Dnepropetrovsk vilayətində 22 mindən çox, Odessa vilayətində isə təxminən 18 min nəfərin orduya çağırılması nəzərdə tutulur.






