Makqreqor: "Qərb liderləri xalqlarını yox, Ukraynanı düşünür"
Politoloq Duqlas Makqreqorun X sosial şəbəkəsindəki paylaşımı böyük rezonans doğurub. Sun.Az
xarici mediaya istinadən xəbər verir ki, Makqreqor paylaşımında Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keir Starmeri sərt tənqid edib:
"Makron və Starmer öz ölkələrinin əhalisinə əhəmiyyət vermədən Ukraynanı dəstəkləməyə davam edirlər. Böyük Britaniya və Fransa müflisləşir, tezliklə özlərini təmin edə bilməyəcəklər. Bu ölkələrə rəhbərlik edən insanlar xalqlarının mənafeyinə qətiyyən əhəmiyyət vermirlər. İndi həmin insanlar Ukrayna münaqişəsində qalib gəlməli olduqlarını iddia edirlər. Bu, tamamilə absurddur", – politoloq bildirib.






