cabir

cabir Xəbərlər 8-09-2025, 21:00

"Valideynlər məktəbli çantası alarkən yalnız dizayn və rəngə deyil, ortopedik quruluşuna diqqət etsinlər" - Həkim

"Valideynlər məktəbli çantası alarkən yalnız dizayn və rəngə deyil, ortopedik quruluşuna diqqət etsinlər" - Həkim

Son illər məktəblilərdə onurğa əyriliklərinə tez-tez rast gəlinir. Bunun əsas səbəblərindən biri düzgün seçilməmiş məktəb çantalarıdır.

Travmatoloq-ortoped həkim Elvin Məmmədli      Sun.Az           

-a bildirib ki, çantaları alarkən yalnız dizayn və rəngə deyil, ortopedik quruluşuna diqqət etsinlər:          

 

"Uşaqların onurğasında problem yaranmaması üçün ən vacib məqam çantanın tipidir. Ortopedik çantalar seçilməlidir. Belə çantaların arxa hissəsi bərk və ortopedik quruluşa malik olur ki, bu da onurğanı dəstəkləyir.

Çantanın çiyin kəmərləri geniş və yumşaq olmalı, iki çiyində bərabər daşımaq üçün nəzərdə tutulmalıdır. Tək çiyin çantaları uşaqlar üçün uyğun deyil, çünki onurğanın bir tərəfinə artıq yük düşür. Eyni zamanda, çantanın çəkisi uşağın çəkisinin 10–12 faizini keçməməlidir. Məsələn, 30 kiloqramlıq bir uşaq üçün çanta maksimum 3 kiloqram olmalıdır.

Valideynlərə tövsiyəm odur ki, çantaları alarkən yalnız dizayn və rəngə deyil, ortopedik quruluşuna diqqət etsinlər. Bu, uşaqların gələcəkdə skolioz və digər onurğa problemlərindən qorunmasına kömək edəcək".

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
171 142 189 139 142 135

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.