ice berg

ice berg Müxtəlif 11-09-2025, 22:00

Tez-tez ev dəyişmək: daha çox kim əziyyət çəkir...

Tez-tez ev dəyişmək: daha çox kim əziyyət çəkir...

Ev nədir? Daş-kərpiclə tikilən, dörd divardan ibarət mənzildir. Lakin bu dörd divarın içərisində insanın başqa heç yerdə tapa bilməyəcəyi bir istilik var. Hara gedirsənsə, get, o istilik səni geri çağırır. Bu divarların arasında bir rahatlıq var. Başqa heç yerdə tapa bilməyəcəyin rahatlıq.

 

Ev hər bir insanın sığındığı “yuvadır”. Burada bir ailə də var. Bu ailə üzvlərinin hər biri üçün həmin dörd divarın arasından əziz, rahat bir məkan yoxdur. Odur ki, səhər çıxıb, axşam evə tələsirsən. Hansı bir iş, gəzinti, alış-veriş üçün gedirsənsə, dönəcəyin yer səni səsləyən evindir. Çünki səni orada isti ocağınla yanaşı, həm də ailən-həyat yoldaşın, övladların, onların şirin söhbəti, dörd divarın arasını dolduran şaqraq gülüşlər gözləyir. Bir-birinə sözünü açıq ürəklə deyən, məsləhətləşən bir ailə. Bir evin içərisinə sığınan, onu doğma yuvası bilən bir ailə…


Evlərini tez-tez dəyişənlərə…

 

Müasir dövrümüzdə evini tez-tez dəyişən insanlarla qarşılaşırıq. Onlar təbii ki, başqalarından fərqli-yəni bunu etməyə imkanı olanlardır. Hansı ki, adamlar var ki, bir ömür çalışır, lakin kirayələrdən qurtula bilmir. Ailələr var ki, övladını ev səbəbindən evləndirə bilmir. Çünki nə ev ala bilmir, nə də torpaq alıb ev tikmək imkanı yoxdur.

 

Lakin elələri də var ki, bəlkə də 5-10 evi var. Bu evləri isə tez-tez dəyişir. Başa düşüləndir ki, əksər insan yayı bağ evində, qışı başqa bir evində yaşayır. Söhbət bundan getmir. Yaylı-qışlı ev dəyişənlər var ki, bəlkə də il ərzində onu bir neçə ünvanda axtarmalı olursan.

 

Belə insanlar bəlkə də bizim yazımızı oxusalar, deyərlər ki, bircə bu işə qarışmağınız qalmışdı. Özümüz bilərik, hansı evə köçürük, hansı evdə yaşayırıq. Lakin biz onların tez-tez köçməsindən əsla narahat deyilik. Sadəcə tez-tez köçməyin heç də yaxşı olmayan tərəflərindən danışmaq istəyirik.

 

Baxmayaraq ki, köçmək heç də asan iş deyil, lakin bunu edən insanlar var, xüsusilə də kişilər. Bir evi alır, təmir etdirir, daha sonra başqa bir ev alır, o evə köçür, köhnəni baha qiymətə kirayə verir. Beləliklə, bir neçə ev dəyişməklə həyatına davam edir. Bəs bu tez-tez köçmələrin nə ilə nəticələndiyi barədə necə, fikirləşirmi?

 

 

 

Ev düşərli və düşərsiz olur

 

Hər birimiz həyatımızda dəfələrlə evin düşərli və ya düşərsiz olması qənaətinə gəlmişik. Ev var ki, köçən bir gündən hiss edirsən ki, ruzi-bərəkəti gündən-günə artır. Bu evdə tez-tez yeni, xoş hadisələr, xoşbəxt günlər yaşanır. Bütün bunlarla yanaşı, həm də evin yerləşmə səmti də var ki, evə günəşin düşməsini şərtləndirir. Bu cür evlər daha gözəl evlər hesab edilir. Çünki atalar da deyir ki, günəş düşən evə həkim girməz.

 

Belə bir evi insan qoyub necə yenisinə köçə bilər? Lakin köçənlər var. Nəyə görə köçürlər? Daha çox pul qazanmaq üçün. Axı dövrümüzdə ev biznesi ilə məşğul olanlar saysızdır. Bəs yeni evdə köhnə evdə olduğu kimi, bütün işlər yaxşı gedirmi? Qonşular necə, buradakılar kimi səmimi ola bilirmi?

 

Bütün bunlar haqqında danışacağıq. Lakin gəlin elə birinci köçdən danışaq. Etiraf edənlər çox olar ki, dünyada köçdən əziyyətli iş yoxdur. Kənardan nə qədər kömək olsa da, lakin ən zəhmətli iş evin qadınının üzərinə düşür. Yeni evi nizama salmaq, əşyaları yerləşdirmək, pal-paltarı dolaba yığmaq, qab-qacağın yerini müəyyən etmək günlərlə vaxt aparır. Belə isə tez-tez ev dəyişdirən kişilər görəsən qadınları düşünürmü? Yoxsa, həmin qadınlar kişilərin bu evdəyişmə sevdasından çoxdan bezib, sadəcə səslərini çıxarmırlar?

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
209 209 159 230 221 202

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.