cabir

cabir Xəbərlər 13-09-2025, 14:30

Ən çox yağıntı Zaqatalaya düşüb

Ən çox yağıntı Zaqatalaya düşüb

Sentyabrın 13-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən      Sun.Az           -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.        

 

Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv və güclüdür.

Düşən yağıntının miqdarı Zaqatalada (Əlibəy) 49, Astarada 26, Yevlaxda 22, Qaxda 18, Şabranda 17, Şəkidə 14, Lənkəranda 13, İsmayıllıda 9, Qusarda 8, Mingəçevirdə 7, Qubada 6, Tovuz, Oğuz, Qrız, Xaltan, Altıağac, Şamaxı, Qəbələ, Lerik, Şahdağ, Ceyrançöl, Tərtər, Bərdə, Yardımlı, Göyçay, Şəmkir, Kürdəmir, Qobustan, Gəncə, Balakən, Göygöl, Zərdab, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Bakıda və Abşeron yarımadasında 5 mm-dək qeydə alınıb.

Yağan intensiv və güclü yağışlar nəticəsində Balakən rayonu ərazisindən keçən Balakənçaydan və Zaqatala rayonu ərazisindən keçən Talaçaydan sel keçir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, dağlıq rayonlarda 17, Aran rayonlarında və Naxçıvan MR-da 28 dərəcəyədək isti qeydə alınıb.

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
159 172 176 174 168 200

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.