cabir

cabir Xəbərlər 13-09-2025, 18:30

MN hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyətlə bağlı vətəndaşlara yenidən müraciət edib

MN hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyətlə bağlı vətəndaşlara yenidən müraciət edib

Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.        Sun.Az              

xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.            

Qeyd edilib ki, hərbi hissələrdə effektiv profilaktik tədbirlərin görülməsi sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısı alınır:

"Gənc əsgərlərin valideynlərindən, eləcə də bütün vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi bir daha xahiş edirik. Qeyd olunan məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, Müdafiə Nazirliyi bir neçə dəfə bununla bağlı vətəndaşlara müraciət edib.

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
190 194 170 187 168 165

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.