Tramp: Putin və Zelenskinin nifrəti danışıqlara mane olur
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın dövlət başçısı Vladimir Putinin Moskvada sülh danışıqları aparmaq təklifini rədd edib. Sun.Az
xarici mediaya istinadən xəbər verir ki, Zelenski bu barədə açıqlamasında belə deyib:
"Ölkəmi hər gün raket atəşinə tutanda mən Moskvaya gedə bilmərəm."
Zelenskinin bəyanatından sonra ABŞ prezidenti Donald Tramp bildirib ki, Putin və Zelenski bir-birilərinə o qədər nifrət edirlər ki, bu, onların ünsiyyətinə mane olur. Onun sözlərinə görə, Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqları məhz özü aparmalı olacaq.






