Çində müəmmalı partlayış: şahidlər göydə parlaq işıq görüblər
Çinin Şandun əyalətində müəmmalı partlayış qeydə alınıb. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, ilkin versiyalardan birinə əsasən, naməlum uçan obyekt vurulub.
Hadisə şahidlərinin sözlərinə görə, səmada sürətlə hərəkət edən parlaq, məşəlvari işıq nöqtəsi peyda olub və dərhal sonra güclü partlayış səsi eşidilib. Partlayışın dəqiq səbəbləri isə hələ müəyyən edilməyib.






