PUA qalmaqalı: Rumıniya və Polşa Rusiyanı ittiham edir
Rumıniyanın müdafiə naziri İonut Moştyanu ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatının (PUA) vurulmadığını açıqlayıb. Sun.Az
xarici mediaya istinadən xəbər verir ki, Moştyanu hadisənin təfərrüatlarını belə izah edib:
"O, vurulmayıb, radarlar onu aşkar edib və bizim hava məkanımıza yaxınlaşdığını göstərib."
Qeyd edək ki, Rumıniya sözügedən PUA-nın Rusiyaya məxsus olduğunu bəyan edib. Polşa isə baş verənlərə görə Moskvanı günahlandırıb.
Hadisəyə münasibət bildirən Rusiya Müdafiə Nazirliyi Polşa ərazisindəki obyektlərin məhv edilməsinin planlaşdırılmadığını vurğulayıb.






