AzizA

AzizA Sağlamlıq 17-09-2025, 12:30

Qalıcı dırnaq boyalarının tərkibi və potensial zərərləri nələrdir?

Qalıcı dırnaq boyalarının tərkibi və potensial zərərləri nələrdir?

Qadınlar arasında getdikcə populyarlaşan qalıcı dırnaq boyaları estetik görüntüsü və uzunmüddətli qalması ilə üstünlük təşkil etsə də, sağlamlıq baxımından müəyyən risklər daşıyır.

Bəs hansı riskləri var?

Mütəxəssislər bildirirlər ki, bu cür məhsulların tərkibindəki kimyəvi maddələr dırnaq səthini zədələyir, incəldir və qırılma hallarını artırır.

Uzun müddət gel lak istifadəsi nəticəsində dırnaqlar hava ala bilmir, saralır və zəifləyir. Qalıcı lakların tətbiqi zamanı istifadə edilən UV lampaları isə dəriyə zərər verə, hətta davamlı istifadə halında dəridə hüceyrə pozuntularına və xərçəng riskinə yol aça bilər. Bundan başqa, formaldehid və toluen kimi maddələr bəzi insanlarda allergik reaksiyalara, dəridə qaşınma və qızartıya səbəb ola bilər. Dırnağın hava ilə təmasının azalması nəmlik yığılmasına, nəticədə göbələk və bakterial infeksiyaların yaranmasına şərait yaradır. Mütəxəssislər tövsiyə edir ki, qalıcı lakdan istifadə edən şəxslər müəyyən aralıqlarla fasilə versin, dırnaqlarını dincəltsin və məhsulların keyfiyyətinə diqqət etsin. UV lampalardan istifadə zamanı qoruyucu əlcəklər taxmaq və ya günəşdən qoruyucu krem çəkmək tövsiyə olunur. Eyni zamanda, gel lakların çıxarılması ev şəraitində yox, mütəxəssis nəzarəti ilə aparılmalıdır. Qalıcı dırnaq boyaları estetik cəhətdən cazibədar görünsə də, düzgün istifadə edilmədikdə həm dırnaq, həm də ümumi dəri sağlamlığı üçün təhlükəli ola bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
189 223 170 161 199 185

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.