Həqiqi sevgi “niyə” sualına cavab istəmir. O, səbəbsiz başlayar, səbəbsiz davam edər
Sevmək…
Bəzən bir cümləyə sığışmayan, bəzən isə bir baxışda izah olunan hissdir.
Sevmək – kiminsə varlığını həyatda səbəb bilməkdir. Onun səsi sakitlik, gülüşü dərman, varlığı isə dua kimidir.
Sevmək qüsursuzluğu axtarmaq deyil. Əksinə, qüsurların içində belə gözəlliyi görmək, çatışmazlıqları ürəyində tamamlayacaq qədər güclü olmaqdır.
Həqiqi sevgi “niyə” sualına cavab istəmir. O, səbəbsiz başlayar, səbəbsiz davam edər və bütün səbəblərin fövqündə dayanır.
Sevən insan bağışlamağı öyrənir. Qürurunu deyil, sevgisini uca tutur. Çünki bilir ki, sevgidə “mən” yox, “biz” var.
Sevmək – uzaqlıqda belə yaxınlıq hiss etmək, yanındaykən isə zamanın dayanmasını arzulamaqdır.
Bəzən həyatın bütün çətinlikləri üzərinə gəlsə də, insanı yaşadan tək bir hiss olur: yanında onun varlığını bilmək.
Çünki sevgi yalnız ürəyi doldurmur, həm də insana qanad verir.
Sevmək – ən böyük cəsarətdir… Çünki ürəyini kiməsə əmanət etmək, əslində, özünü ən həssas nöqtəndən ona güvənməkdir.







